...

Almaniya XİN Ukrayna hökumətinə qarşı sanksiyalar tətbiq etməyi mümkün sayır

Dünya xəbərləri Materials 4 Fevral 2014 15:08 (UTC +04:00)
Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer Ukrayna hökumətini müxalifətlə münaqişədə siyasi həlldəAlmaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Ukrayna hökumətini müxalifətlə münaqişədə siyasi həlldən imtina edəcəyi təqdirdə, sanksiyalar tətbiq etməklə hədələyib. n imtina edəcəyi təqdirdə, sanksiyalar tətbiq etməklə hədələyib.
Almaniya XİN Ukrayna hökumətinə qarşı sanksiyalar tətbiq etməyi mümkün sayır

Azərbaycan, Bakı, 4 fevral /Trend/

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Ukrayna hökumətini müxalifətlə münaqişədə siyasi həlldən imtina edəcəyi təqdirdə, sanksiyalar tətbiq etməklə hədələyib.

Trend-in çərşənbə axşamı RBK agentliyinə istinadən verdiyi məlumat görə, nazir qeyd edib ki, Ukrayna hökumətinə qarşı qətiyyətlə çıxış etmək lazımdır.

Bununla belə, Almaniya Kansleri Angela Merkel bildirib ki, Kiyevə qarşı sanksiyalar tətbiq etmək məsələsini hələ nəzərdən keçirmir.

Xatırladaq ki, Ukraynada etiraz aksiyaları ötən ilin noyabr ayında Nazirlər Kabinetinin avrointeqrasiya barədə danışıqlara fasilə verilməsi barədə açıqlamasından sonra başlayıb. Müxalifətin yanvarın 19-da Kiyevdə keçirdiyi növbəti xalq nümayişi zamanı radikallarla hüquq mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaranıb. İştişaşlar nəticəsində 3 nəfər həlak olub. Müxalifət hökumətin istefasını və avrointeqrasiyanın davam etdirilməsini tələb edir.

Ukrayna Prezidenti Viktor Yanukoviç Nikolay Azarovun Baş nazir vəzifəsindən azad edilməsinə dair fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti də istefaya göndərilib. Hazırda Baş nazirin səlahiyyətlərini Baş nazirin I müavini Sergey Arbuzov icra edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti