...

Bağdadda ardıcıl terror aktları törədilib

Dünya xəbərləri Materials 6 Fevral 2014 14:28 (UTC +04:00)
Polisin məlumatına görə, partlayışlar nəticəsində onlarla insan xəsarət alıb.
Bağdadda ardıcıl terror aktları törədilib

Azərbaycan, Bakı, 6 fevral /Trend/

Fevralın 6-da İraqın paytaxtı Bağdadda ardıcıl güclü terror aktları baş verib. Trend-in cümə axşamı İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Bağdadın şərqində 4 minalanmış avtomobil partladılıb.

Polisin məlumatına görə, partlayışlar nəticəsində onlarla insan xəsarət alıb.

Qeyd edək ki, dünən Bağdadda qeydə alınmış bir neçə terror aktı 30 nəfərin həyatına son qoymuşdu. İraq Səhiyyə Nazirliyinin məlumatına görə, 2014-cü ilin yanvarında ölkədə mindən çox insan partlayışların qurbanı olub. Belə ki, 795 dinc sakin, 122 hərbçi və 96 polis həyatını itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti