...

İran və "altılıq" ekspertlər səviyyəsində danışıqlar aparacaqlar

Dünya xəbərləri Materials 23 Fevral 2014 13:08 (UTC +04:00)
İran və "altılıq" beynəlxalq vasitəçiləri gələn həftə Vyanada ekspertlər səviyyəsində danışıqlar aparacaq.
İran və "altılıq" ekspertlər səviyyəsində danışıqlar aparacaqlar

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir T.Cəfərov/

İran və "altılıq" beynəlxalq vasitəçiləri gələn həftə Vyanada ekspertlər səviyyəsində danışıqlar aparacaq. Danışıqlar MAQATE-nin İdarə heyətinin iclası çərçivəsində keçiriləcək. Bu barədə Trend İranın xarici işlər nazirinin müavini Abbas Əraqçıya istinadən bazar günü məlumat verir.

Onun sözlərinə görə, görüşdə uranın zənginləşdirilməsi, sanksiyaların ləğvi, nüvə enerjisindən dinc istifadə sahəsində əməkdaşlıq və digər məsələlər müzakirə olunacaq.

O, əlavə edib ki, Vyanadakı əvvəlki danışıqlarda tərəflər fəaliyyət planını müzakirə edib və növbəti görüşlər üçün proqram hazırlayıblar.

"Mən ümid edirəm ki, Cenevrə müqaviləsinin müddəti bitənə kimi biz İranın nüvə proqramı üzrə qəti saziş imzalayacağıq", - Əraqçi deyib.

2013-ci ilin noyabrında Tehran və "altılıq" ölkəyə qarşı sanksiya rejiminin yüngülləşdirilməsi müqabilində İranın nüvə fəaliyyətinin qismən dayandırılması barədə razılığa gəliblər.

Sazişin icrasına tərəflər yanvarın 20-də başlayıblar. Gözlənilir ki, indi tərəflər İranın nüvə proqramı üzrə hərtərəfli sazişin müzakirəsinə başlamalıdırlar.

Xəbər lenti

Xəbər lenti