...

Ali Rada İqor Tenyuxu istefaya göndərib

Dünya xəbərləri Materials 25 Mart 2014 14:56 (UTC +04:00)
Ukrayna parlamentində keçirilən təkrar səsvermə nəticəsində ölkənin müdafiə naziri səlahiyyətlərinin icraçısı İqor Tenyux istefaya göndərilib.
Ali Rada İqor Tenyuxu istefaya göndərib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 25 mart /Trend/

Ukrayna parlamentində keçirilən təkrar səsvermə nəticəsində ölkənin müdafiə naziri səlahiyyətlərinin icraçısı İqor Tenyux istefaya göndərilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı RİA Novosti xəbər yayıb.

Çərşənbə axşamı Tenyux parlamentdə çıxışı zamanı istefa verdiyini bəyan etsə də, onun istefasının lehinə lazım olan 226 səsin yerinə 197 deputat səs vermişdi.

Bir müddət sonra Tenyuxun istefası məsələsi yenidən səsverməyə çıxarılıb. Bu dəfə onun istefasına 228 deputat səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti