Azərbaycan, Bakı, 25 may /Trend, müxbirlər T.Cəfərov/
Bu gün Əli Laricani yenidən İran parlamentinin spikeri vəzifəsinə seçilib. Bu barədə Trend "İRNA" agentliyinə istinadən məlumat verir.
O, mümkün 264 səsdən 187-si qazanıb, 19 deputat isə bitərəf qalıb.
Laricaninin rəqibləri Əhmədi Bəxşeyişi 32 səs, Bəhram Piranvənd 26 səs qazana biliblər.
Laricani ardıcıl üç il doqquzuncu çağırış İran parlamentinə rəhbərlik edəcək.