Azərbaycan, Bakı, 17 noyabr /Trend/
Türkiyənin Ankara Universitetinin Dil, Tarix və Coğrafiya fakültələrində polislə tələbələr arasında baş verən iğtişaş nəticəsində dərslər 3 gün müddətinə dayandırılıb. Bu barədə Trend Türkiyənin "Kanal7" telekanalına istinadən məlumat verir.
Məlumata əsasən, iğtişaş bir qrup tələbənin universitetin balansında olan binalardan birinə yoxlanışsız girmək istəməsindən sonra baş verib.
İğtişaşı qızışdıran tələbələrdən bəziləri həbs olunub.