...

Entoni Blinken ABŞ xarici siyasət idarəsi rəhbərinin birinci müavini vəzifəsində təsdiqlənib

Dünya xəbərləri Materials 17 Dekabr 2014 05:16 (UTC +04:00)
ABŞ Konqresinin Senatı çərşənbə axşamı əvvəllər irəli sürülmüş ABŞ xarici siyasət idarəsi rəhbərinin birinci müavini vəzifəsinə Entoni Blinkenin namizədliyini təsdiqləyib.
Entoni Blinken ABŞ xarici siyasət idarəsi rəhbərinin birinci müavini vəzifəsində təsdiqlənib

Azərbaycan, Bakı, 17 dekabr /Trend/

ABŞ Konqresinin Senatı çərşənbə axşamı əvvəllər irəli sürülmüş ABŞ xarici siyasət idarəsi rəhbərinin birinci müavini vəzifəsinə Entoni Blinkenin namizədliyini təsdiqləyib. Trend TASS agentliyinə istinadən bu barədə məlumat verir.

ABŞ prezidenti Barak Obama Blinkenin namizədliyini noyabrın əvvəlində irəli sürüb. Bu kadr qərarı Konqresin senatı tərəfindən təsdiqlənməli idi. ABŞ xarici siyasət idarəsi rəhbərinin birinci müavini vəzifəsi bir neçə onillik diplomatik işdə olan və dövlət qulluğunu tərk etməyə qərar verən Uilyam Börnsdan sonra boşalıb.

2013-cü ildən Blinken ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin müavini olub. Buna qədər o, beş il vitse-prezident Cozef Baydenin milli təhlükəsizlik üzrə köməkçisi olub.

Bill Klinton administrasiyasının hakimiyyətdə olduğu dövrdə Blinken Ağ evin milli təhlükəsizlik Şurasının aparatında, ondan əvvəl isə ABŞ dövlət departamentində işləyib.

Xəbər lenti

Xəbər lenti