...

Britaniya şahzadəsi pedofiliyada ittiham edilir

Dünya xəbərləri Materials 2 Yanvar 2015 23:42 (UTC +04:00)
Amerikada Britaniya şahzadəsi, York hersoqu Endryu məhkəməyə verilib.
Britaniya şahzadəsi pedofiliyada ittiham edilir

Azərbaycan, Bakı, 2 yanvar /Trend/

Amerikada Britaniya şahzadəsi, York hersoqu Endryu məhkəməyə verilib. Adı naməlum olan qadın onu seksual zorakılıqda ittiham edib.

Trend Lenta.ru-ya istinadan məlumat verir ki, qadının dediyinə görə, amerikalı bankir Ceffri Epşteyn onu 18 yaşı olmadan seksual qul kimi istifadə edərək siyasi əlaqələri olduğu şəxslərə satırdı. Onun sözlərinə görə, onun satıldığı şəxslər arasında şahzadə Endryu da var imiş.

Şahzadə artıq 2011-ci ildə Epşteynin qurbanları ilə əlaqədə ittiham olunmuşdu, lakin Endryu bu iddiaları inkar etmişdi.

54 yaşlı şahzadə Endryu Britaniya Kraliçası Elizabetin ikinci oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti