...

İranda ölümə səbəb olan dörd əsas amil

Dünya xəbərləri Materials 14 Yanvar 2015 10:43 (UTC +04:00)
İranda ölümə səbəb olan başlıca amillər infarkt, insult, xərçəng və avtomobil qəzalarıdır. Bunu İran səhiyyə nazirinin müavini Əli Əkbər Səyyari deyib.
İranda ölümə səbəb olan dörd əsas amil

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir Təmkin Cəfərov/

İranda ölümə səbəb olan başlıca amillər infarkt, insult, xərçəng və avtomobil qəzalarıdır. Bunu İran səhiyyə nazirinin müavini Əli Əkbər Səyyari deyib. Trend-in məlumatına görə, bu barədə Fars agentliyi xəbər verir.

Onun sözlərinə görə, son statistikaya əsasən, ildə 93 min iranlı infarktdan dünyasını dəyişir və bu, ölümə səbəb olan birinci əsas amildir: "İldə 43 min nəfər insult, 30 min nəfər xərçəng xəstəliyi və 19 min nəfər avtomobil qəzaları nəticəsində həyatını itirir".

İran KİV-in məlumatına görə, ölkədə gənclər arasında ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin və infarkt hallarının sayı artıb. Ötən 20 il ərzində ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin əksəriyyəti 50-60 yaş arasında olan şəxslər idisə, indi bu hal yaşı 30-dan aşağı olan gənclərdə daha çox müşahidə edilir. Ölkə əhalisindən kişilərin 43 faizi, qadınların isə 38 faizi artıq çəkidən əziyyət çəkir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti