...

Təbii qazdan kütləvi zəhərlənmə

Dünya xəbərləri Materials 19 Yanvar 2015 09:18 (UTC +04:00)
Ötən gün İranın Kirman şəhərində məktəbdə kütləvi zəhərlənmə baş verib.
Təbii qazdan kütləvi zəhərlənmə

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir Təmkin Cəfərov/

Ötən gün İranın Kirman şəhərində məktəbdə kütləvi zəhərlənmə baş verib. Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu Kirman əyalətinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin mətbuat katibi Rza Cəfəri deyib.

R.Cəfəri qeyd edib ki, 59 məktəbli qazdan zəhərlənib. Hadisə yerinə təcili tibbi yardım maşını göndərilib.

Onun sözlərinə görə, ərazidə təcili yardım briqadaları tərəfindən məktəblilərə ilkin tibbi yardım göstərilib və vəziyyətləri nisbətən ağır olanlar xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti