...

Ərdoğan: Rəqs etmək əvəzinə, "Fatihə" oxu (VİDEO)

Dünya xəbərləri Materials 16 Fevral 2015 19:38 (UTC +04:00)
Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasından (CHP) Ankara üzrə millət vəkili Aylin Nazlıakanı kəskin tənqid edib.
Ərdoğan: Rəqs etmək əvəzinə, "Fatihə" oxu (VİDEO)

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir Məftun Salmanov/

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasından (CHP) Ankara üzrə millət vəkili Aylin Nazlıakanı kəskin tənqid edib.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, buna səbəb A.Nazlıakanın Mersində Özgecan Arslanın zorlanaraq öldürülməsinə etiraz etmək üçün dünən bir qrup qadınla birlikdə mahnı oxuyub, rəqs edib.

R.T.Ərdoğan bildirib ki, həmin qrup Türkiyədən, millətdən, ölkə insanının dəyərlərindən və mədəniyyətindən çox uzaqdırlar: "Bu nə işdir? Guya Özgecanın ölümünə rəqs edərək etiraz edirlər. Əvvəlcə bilirsənsə, "Fatihə" surəsini oxu, bilmirsənsə, rəhmət dilə, ailəsinə başsağlığı ver. Rəqs edir. Bunun bizim mədəniyyətimizdə yeri nədir? Sanki ölümdən zövq alır. Onun hərəkəti bu mənaya gəlir".

Qeyd edək ki, Ö.Arslan ötən həftə avtobus sürücüsü tərəfindən zorlanıb və öldürülüb. Yerli KİV-in yazdığına görə, qız qaz balonundan istifadə etməklə cinayətkara müqavimət göstərib. Onun cəsədi Türkiyənin cənubunda çayda tapılıb. Cinayət faktına görə üç nəfər saxlanılıb - avtobus sürücüsü, ona kömək edən atası və dostu. Cinayətə etiraz məqsədilə minlərlə qadın aksiyada iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti