...

Almaniyada futbol fanatlarının gözü qızıb: 12 yaralı polis var

Dünya xəbərləri Materials 7 Mart 2015 17:53 (UTC +04:00)
Almaniyanın Ştutqart şəhərinin küçələrində futbol fanatlarının qarşıdurması nəticəsində 12 polis əməkdaşı xəsarət alıb.
Almaniyada futbol fanatlarının gözü qızıb: 12 yaralı polis var

Azərbaycan, Bakı, 7 mart /Trend/

Almaniyanın Ştutqart şəhərinin küçələrində futbol fanatlarının qarşıdurması nəticəsində 12 polis əməkdaşı xəsarət alıb. Bu barədə Trend "Bild" nəşrinə istinadən məlumat verir.

Ötən gün Bundesliqanın 24-cü turu çərçivəsində keçirilən "Ştutqart" - "Herta" (0:0) oyunu başa çatandan hər iki komandanın azarkeşləri arasında dava düşüb.

Polislər mərkəzi vağzal yaxınlığında bir neçə qarşıdurmanın qarşısını ala biliblər. İnsident nəticəsində 12 polis işçisi xəsarət alıb, eləcə də onlarla avtomobil və polis maşınına zərər dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti