Azərbaycan, Bakı, 13 may /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyə Krımın Rusiyaya birləşdirilməsini qəbul etmir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu Antalyada NATO-nun iştirakçı ölkələrinin xarici işlər nazirlərinin görüşündə deyib.
O bildirib ki, Ukraynadakı hadisələr Avropada sabitliyin nə qədər zəif olduğunu bariz şəkildə nümayiş etdirir.