...

Ərdoğan: Parlament seçkilərinin təxirə salınmasından söhbət gedə bilməz

Dünya xəbərləri Materials 6 İyun 2015 10:46 (UTC +04:00)
Ötən gün Türkiyənin Diyarbəkir vilayətində Xalqların Demokratik Partiyasının (HDP) seçkiqabağı mitinqində baş vermiş partlayışla əlaqədar ölkədə parlament seçkilərinin təxirə salınmasından söhbət gedə bilməz.
Ərdoğan: Parlament seçkilərinin təxirə salınmasından söhbət gedə bilməz

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir Rufiz Hafizoğlu/

Ötən gün Türkiyənin Diyarbəkir vilayətində Xalqların Demokratik Partiyasının (HDP) seçkiqabağı mitinqində baş vermiş partlayışla əlaqədar ölkədə parlament seçkilərinin təxirə salınmasından söhbət gedə bilməz. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Ərdoğan "A Haber" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, bu insidentin seçkilərdən bir gün əvvəl baş verməsi təsadüfi deyil və bu terror aktını törədənlər mütləq layiqli cəzalarını alacaqlar.

Qeyd edək ki, partlayış nəticəsində 2 nəfər ölmüş, 100-dən çox nəfər isə yaralanmışdı.

Türkiyədə parlament seçkiləri sabah keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti