...

Türkiyədə koalisiya hökuməti yaradılmayacaq

Dünya xəbərləri Materials 8 İyun 2015 08:19 (UTC +04:00)
Türkiyədə koalisiya hökuməti yaradılmayacaq.
Türkiyədə koalisiya hökuməti yaradılmayacaq

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Türkiyədə koalisiya hökuməti yaradılmayacaq. Bu barədə Respublika Xalq Partiyasının (CHP) deputatı Haluk Koç deyib. O qeyd edib ki, partiya Türkiyənin Ədalət və İnkişaf Partiyası ilə koalisiya hökumətinin formalaşmasına razı deyil.

İlkin məlumata əsasən Türkiyənin Ədalət və İnkişaf Partiyası 41.9% səs yığıb.

Səsvermədə Respublika Xalq Partiyası (CHP) 25.1% səs yığıb, Milliyətçi Hərəkat Partiyası (MHP) - 16.8%, Xalqların Demokratik Partiyası (HDP) isə 11.7% səs toplayıb.

Qalan siyasi partiyalar ümumilikdə 4.5% səs yığıb.

Parlament seçkilərində 20 siyasi partiya iştirak edir. Səsvermədə 53 765 231 seçici iştirak edib.

2011-ci ildə Türkiyədə keçirilmiş parlament seçkilərində AKP seçicilərin 46,66 faiz, CHP 20,85 faiz, Milliyətçi Hərəkat Partiyası (MHP) isə 14,29 faiz səsini toplamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti