...

Pakistanda anomal istilər 130-dan çox insanın ölümünə səbəb oldu

Dünya xəbərləri Materials 22 İyun 2015 11:52 (UTC +04:00)
Pakistanın Karaçi şəhərində istilər nəticəsində ən az 136 nəfər ölüb.
Pakistanda anomal istilər 130-dan çox insanın ölümünə səbəb oldu

Azərbaycan, Bakı, 22 iyun /Trend/

Pakistanın Karaçi şəhərində istilər nəticəsində ən az 136 nəfər ölüb. Bu barədə Trend TASS agentliyinə istinadən xəbər verir.

Qeyd olunur ki, bazar günü havanın temperaturu 45 dərəcəyə kimi yüksəlib. Ceykoabad, Larkan və Sukkur dairələrində isə 48 dərəcə isti qeydə alınıb. Sinoptiklər yaxın 2 gün ərzində isti havanın davam edəcəyini bildirir.

Bu il Pakistanın cənub rayonlarında isti hava şəraitinin Ramazan ayına təsadüf etməsi və ölkədə elektrik enerjisinin saatlarla kəsilməsi vəziyyəti daha da ağırlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti