...

Türkiyə Silahlı Qüvvələrinin sabiq baş rəisi Suriya hökumətini dəstəkləməyə çağırdı

Dünya xəbərləri Materials 28 İyun 2015 10:37 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisi İlkər Başbuğ Suriya hökumətini dəstəkləməyə çağırıb.
Türkiyə Silahlı Qüvvələrinin sabiq baş rəisi Suriya hökumətini dəstəkləməyə çağırdı

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisi İlkər Başbuğ Suriya hökumətini dəstəkləməyə çağırıb. Trend bu barədə "Kanal7" telekanalına istinadən xəbər verir.

İ.Başbuğ bildirib ki, hazırda Suriya çox çətin vəziyyətdədir, orada iranyönlü, həmçinin qərbyönlü qüvvələr fəaliyyət göstərir: "Düşünürəm ki, Suriyada sülhün bərqərar olması və Türkiyədə münaqişənin genişlənməsinin qarşısını almaq üçün digər ölkələr də Suriya hökumətini dəstəkləməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti