...

Sabiq baş qərargah rəisi Suriyada təhlükəsizlik zonasının yaradılması ilə bağlı Türkiyəyə xəbərdarlıq etdi

Dünya xəbərləri Materials 30 İyun 2015 10:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Silahlı Qüvvələrinin bölmələri Suriyada təhlükəsizlik zonası yaratmaq üçün ölkəyə daxil ola bilər, lakin ölkə ərazisini tərk edə bilməz.

Trend-in "Kanal7" telekanalına istinadən verdiyi məlumata əsasən, bu barədə Türkiyə Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisi İlkər Başbuğ deyib.

O bildirib ki, Suriyanın İraq olmadığını nəzərə almaq lazımdır: "Ölkə ərazisində "Əl-Qaidə"dən tutmuş İŞİD-ə kimi müxtəlif qruplaşmalar döyüşür".

Xatırladaq ki, İ.Başbuğ rəsmi Ankaranı Suriya hökumətini dəstəkləməyə çağırmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti