Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyə növbədənkənar parlament seçkilərinə hazırdır.
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata əsasən, bu barədə Türkiyənin Mərkəzi Seçki Komitəsinin (YSK) başçısı Sədi Güvən deyib.
O bildirib ki, Türkiyədə növbədənkənar parlament seçkilərinin 90 gün ərzində keçiriləcəyi gözlənilir.
S.Güvən həmçinin qeyd edib ki, YSK növbədənkənar parlament seçkilərinin dəqiq vaxtını elan etmək üçün Türkiyə parlamentinin son qərarını gözləyir.