Azərbaycan, Bakı, 17 oktyabr /Trend/
Beynəlxalq futbol federasiyası (FİFA) Küveyt futbol assosiasiyasını ölkə hökümətinin təşkilatın işlərinə qarışdığı üçün diskvalifikasiya edib. Bu barədə məlumatı FİFA-nın mətbuat xidməti yayıb.
"Assosiasiya və klublar sərbəst şəkildə fəaliyyət göstərəndə diskvalifikasiya ləğv ediləcək", - FİFA-nın bəyanatında deyilir.
Diskvalifikasiya ilə əlaqədar Küveyt milli komandaları və klubları FİFA və Asiya Futbol Konfederasiyasının himayəsi altında təşkil edilən turnirlərdə iştirak edə bilməyəcəklər.