...

Tehranda İİV virusu haqqında maarifləndirmə kampaniyası həyata keçirilir

Dünya xəbərləri Materials 7 Noyabr 2015 13:02 (UTC +04:00)
İranda əhalinin İİV (İnsanın İmmunçatışmazlığı Virusu) infeksiyası haqqında maarifləndirilməsi məqsədi ilə, bir xeyriyyə təşkilatı “İİV avtobusu” adlı layihə həyata keçirir. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi məlumat verir.
Tehranda İİV virusu haqqında maarifləndirmə kampaniyası həyata keçirilir

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir Təmkin Cəfərov/

İranda əhalinin İİV (İnsanın İmmunçatışmazlığı Virusu) infeksiyası haqqında maarifləndirilməsi məqsədi ilə Messenger of S.E.C. - Dəstək, Şəfqət və Əməkdaşlıq xeyriyyə təşkilatı "İİV avtobusu" adlı layihə həyata keçirir. Trend-in məlumatına görə, bu barədə İranın MEHR agentliyi məlumat verir.

Məlumata görə, avtobus 18 gecə Tehranın qərbində müxtəlif yerlərdə əhalini İİV virusu haqqında maarifləndirəcək və müraciət edən insanlardan pulsuz analizlər götürüb yoxlayacaq.

Layihənin rəhbəri və İranın Səhiyyə Nazirliyinin İİV-ə nəzarət İdarəsinin rəisi Məhəmmədrza Seyyid Qasimi deyib ki, avtobus Tehranın qərbində insanların daha çox gediş-gəliş etdikləri məkanlarda dayanaraq müraciət edən vətəndaşlardan pulsuz analizlər götürüb və 20 dəqiqə ərzində analizin cavablarını onlara elan edir".

M.Qasiminin sözlərinə görə, müraciət edən şəxslərdən götürülən analizlərin anonimliyi qorunur.

Qeyd edək ki, "İİV avtobus"unda həkim, pisxoloq və tibb bacıları müraciət edənlərə xidmət edir.

M.S.Qasimi deyib ki, ötən il İranda İİV-ə yoluxanların 30 faizi qadınlar olub, İİV xəstələrinin 37 faizi isə İİV-ə cinsi yolla yoluxub.

M.S.Qasimi deyib ki, İranda İİV virusu təhlükəli cinsi hərəkətlər edən şəxslər arasında durmadan artmaqdadır.

Xatırladaq ki, İranda 24 minə yaxın İİV-ə yoluxmuş şəxs qeydiyyatdadır, qeydiyyata düşməyənlərin sayının isə 70 min nəfərdən çox olduğu deyilir.

İİV nadir xəstəliklərdəndir ki, İranda bir sıra mental və dini səbəblərə görə gizli saxlanılıb, eləcə də insanlar bu xəstəliyin necə yayılması haqqında məlumatsız olduqlarından, bu ölkədə İİV-ə yoluxanların sayı kəskin artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti