...

Ərdoğan ilə Obama bazar günü görüşəcək

Dünya xəbərləri Materials 13 Noyabr 2015 03:48 (UTC +04:00)
Antalyada keçiriləcək G20 Sammiti çərçivəsində bazar günü ABŞ prezidenti Barak Obama Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Ərdoğan ilə Obama bazar günü görüşəcək

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Antalyada keçiriləcək G20 Sammiti çərçivəsində bazar günü ABŞ prezidenti Barak Obama Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi xəbərə əsasən, Ağ Ev təmsilçisi Ben Rodes bildirib ki, Obama bazar günü Antalyaya gəldikdən sonra Ərdoğanla görüş keçirəcək. Görüş zamanı İD ("İslam Dövləti") ilə mübarizə və Suriyadaki vəziyyət müzakirə olunacaq.

Rodes həmçinin qeyd edib ki, bazar ertəsi Obama G20 Sammitinin açılış mərasimində iştirak edəcək, Avropa dövlətlərinin liderləri ilə görüşəcək. Görüş zamanı İD ("İslam Dövləti") ilə mübarizə və Ukraynada vəziyyət müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti