...

İraqda iranlı zəvvarlar olan avtomobil qəzaya düşüb - 8 nəfər yaralanıb

Dünya xəbərləri Materials 30 Noyabr 2015 12:13 (UTC +04:00)
İraqda iranlı zəvvarları daşıyan avtomobil qəzaya düşüb, 8 nəfər yaralanıb.
İraqda iranlı zəvvarlar olan avtomobil qəzaya düşüb - 8 nəfər yaralanıb

Bakı. Təmkin Cəfərov - Trend:

Dünən gecə saatlarında İraqda iranlı zəvvarlar olan avtomobil qəzaya düşüb, 8 nəfər yaralanıb. Trend-in məlumatına görə, bu barədə İranın tasnimnews xəbər saytı məlumat verib.

Məlumata görə, hadisə İraqın Hillə şəhəri yaxınlığında baş verib. Hadisə zamanı avtomobildə 10 sərnişin olub. Sərnişinlərin 8 nəfəri yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır. Vəziyyəti ağır olan iranlı zəvvar müalicə üçün İrana göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti