...

İranlı parlamentari: Xamneyinin məktubu Avropa gənclərinin düşüncəsində qığılcım yaradacaq

Dünya xəbərləri Materials 30 Noyabr 2015 15:14 (UTC +04:00)

Bakı. Təmkin Cəfərov - Trend:

İranın ali lideri Ayətullah Seyid Əli Xamneyinin Avropa gənclərinə ünvanladığı məktubu Qərb ölkələrinin İslama qarşı hazırladığı taktiki "puzzle" oyununu dağıtmaq məqsədi daşıyır və bu oyun dağılacaq.

Bunu Trend-ə İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini Mənsur Həqiqətpur deyib.

M.Həqiqətpur deyib ki, artıq kinci dəfədir ki, Ayətullah Xamneyi Qərb ölkərinin gənclərinə məktub ünvanlayıb: "Düşünürəm ki, həm birinci, həm də ikinci məktub Avropa ölkələri gənclərinin düşüncəsində qığılcım yaradacaq və onların həqiqətləri görmələrinə imkan verəcək".

Ayətullah Xamneyinin məktubu Avropa gəncliyininin düşünməsi üçün yeni atmosfer yaradacaq.

Qeyd edək ki, noyabrın 29-da Ayətullah Xamneyi Fransada terror hadisələrinin baş verməsindən sonra Qərb gənclərinə məktub ünvanlayıb. Məktubunda Ayətullah Xamneyi Avropa gənclərinə bildirib ki, bu gün terrorizm bizim və sizin ortaq dərdimizdir. Ayətullah Xamneyi İŞİD terror qruplaşmasının müstəmləkəçilik və ekstremizmin cütləşməsindən yarandığını bildirib və avropalı gəncləri həqiqətləri öyrənmək üçün araşdırmalar aparmağa çağırıb.

Bundan öncə, Ayətullah Xamneyi cari ilin yanvar ayında Avropa və Şimali Amerika gənclərinə də çağırış etmişdi.

Xatırladaq ki, noyabrın 13-də Fransanın paytaxtı Parisdə bir neçə terror hadisəsi baş verib. Paris prokurorluğunun məlumatlarına əsasən, baş vermiş terror aktları nəticəsində 128 nəfər ölüb, 250 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti