...

Əli Laricani: Türkiyə və Rusiya arasında gərginlik terrorizmlə mübarizə səylərinə ziyandır

Dünya xəbərləri Materials 1 Dekabr 2015 18:15 (UTC +04:00)

İran, Tehran. Mehdi Sepəhvənd - Trend:

Rusiya və Türkiyə arasında yaranmış gərginlik terrorizmlə mübarizə səylərinə ziyandır.

Trend-in məlumatına görə, bunu Tehranda mətbuat konfransında İran parlamentinin spikeri Əli Laricani deyib.

Ə.Laricani bu gərginliyə görə təəssüfləndiyini bildirib: "Ümid edirəm ki, bu konfliktin həlli üçün daha münasib yol tapılacaq. Region ölkələri terrorizmlə mübarizədə eyni istiqaməti seçməlidirlər".

Qeyd edək ki, Türkiyə Hərbi Hava Qüvvələrinin Rusiyaya məxsus "Su-24" qırıcı təyyarəsini vurmasından sonra iki ölkə arasında münasibətlər pisləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti