...

Türkiyə İsraillə əlaqələri bərpa edə bilər

Dünya xəbərləri Materials 14 Dekabr 2015 16:49 (UTC +04:00)
Türkiyə Rusiya ilə münasibətlərdə böhran daha da dərinləşərsə, İsrail ilə əlaqələri bərpa edə bilər.
Türkiyə İsraillə əlaqələri bərpa edə bilər

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Rusiya ilə münasibətlərdə böhran daha da dərinləşərsə, İsrail ilə əlaqələri bərpa edə bilər. Bunu Trend-ə "Yeni Şəfəq" qəzetinin köşə yazarı, xarici siyasət üzrə ekspert Yusuf Kaplan deyib.

O, hesab edir ki, Türkiyə rəsmi Ankaranın ümumiyyətlə heç bir alternativi qalmayanda İsraillə əlaqələri düzəldə bilər.

Y.Kaplanın fikrincə, Türkiyə-Rusiya münasibətlərinin kəskinləşməsində Qərb ölkələri böyük rol oynadı: "Qərb Rusiyaya vəd verdi ki, Moskva Suriyada radikallara qarşı hərbi əməliyyatlara başlasa, ölkəyə qarşı tətbiq olunan sanksiyaları ləğv edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti