...

Rusiyanın "Su-35S" qırıcıları Suriya səmasında

Dünya xəbərləri Materials 1 Fevral 2016 18:36 (UTC +04:00)

Bakı. Elçin Hüseynov - Trend:

Rusiyaya məxsus ən üstün manevr qabiliyyətli "Su-35S" qırıcıları keçən həftədən Suriyada hərbi tapşırıqları yerinə yetirməyə başlayıblar. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə RF Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov jurnalistlərə açıqlamasında bildirib.

İ.Konaşenkov deyib ki, artıq ötən həftədən "Himeymim" aviabazasında ən üstün manevr qabiliyyətinə malik "Su-35S" qırıcıları hərbi tapşırıqların icrasına başlayıblar.

General-mayor qeyd edib ki, son vaxtlar RF təyyarələri Suriya səmasındakı bütün uçuşları Rusiya və Suriya qırıcılarının, həmçinin S-400 kimi müasir zenit-raket sistemlərinin müşayiəti ilə həyata keçirir.

Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın "Kommersant" qəzeti Baş Qərargahın ilk dəfə ən yeni "Su-35S" təyyarələrini Suriya ərazisindəki hərbi əməliyyatlarda sınamaq barədə qərar verdiyini açıqlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti