...

Marqvelaşvili Rusiya ilə mehriban qonşuluq münasibətlərini istəyir

Dünya xəbərləri Materials 4 Fevral 2016 19:13 (UTC +04:00)
Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Rusiya ilə qarşılıqlı hörmət əsasında mehriban qonşuluq münasibətlərinin qurulmasının tərəfdarıdır.
Marqvelaşvili Rusiya ilə mehriban qonşuluq münasibətlərini istəyir

Bakı. Elçin Hüseynov - Trend:

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Rusiya ilə qarşılıqlı hörmət əsasında mehriban qonşuluq münasibətlərinin qurulmasının tərəfdarıdır. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Gürcüstan parlamentindəki illik çıxışında G.Marqvelaşvili deyib: "Dövlət başcısı kimi, ölkəmizin milli maraqları, ərazi bütövlüyü və qarşılıqlı hörmət əsasında mehriban qonşuluq münasibətlərini inkişaf etdirmək niyyətimizi bir daha təsdiqləyirəm".

Prezident hesab edir ki, Gürcüstan hökuməti ilə "Qazprom" şirkəti arasında Rusiyadan qaz tədarükünə dair danışıqlar maksimum şəffaf aparılmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti