...

Türkiyənin qərbində silsilə intiharların səbəbi nədir?

Dünya xəbərləri Materials 24 Fevral 2016 15:52 (UTC +04:00)
Türkiyənin qərbindəki İmir vilayətinin Torbalı şəhərində son iki ayda baş verən intihar halları ölkə mətbuatının gündəminə çevrilib.
Türkiyənin qərbində silsilə intiharların səbəbi nədir?

Bakı. Trend:

Türkiyənin qərbindəki İmir vilayətinin Torbalı şəhərində son iki ayda baş verən intihar halları ölkə mətbuatının gündəminə çevrilib.

Trend-in məlumatına əsasən, son iki ayda əhalisi 150 min nəfər olan Torbalı şəhərində 6 intihar hadisəsi və 45 intihara cəhd qeydə alınıb.

İntihar edən və intihara cəhd göstərənlərin yaşı 17-66 arasındadır. Həyatına qəsd edənlər arasında qadınların da olduğu qeyd olunur.

Xatırladaq ki, 2009-cu ildə Torbalı şəhərində dördü qadın olmaqla, ümumilikdə 15 nəfər odlu silahdan istifadə edərək intihar edib.

2011-ci ildə şəhərdə intihar hallarının qarşısının alınması üçün xüsusi psixoloji mərkəz də təsis edilib.

Türkiyə Statistika İnstitutunun (TÜİK) məlumatına əsasən, 2016-cı ildə ölkədə ümumilikdə 3065 intihar hadisəsi qeydə alınıb. İntihar edənlərin 74,3 faizi kişilərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti