...

Rusiya və İran Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

Dünya xəbərləri Materials 3 Mart 2016 13:51 (UTC +04:00)

Bakı. Elçin Hüseynov - Trend:

Rusiya və İran diplomatları Xəzər problemini, Ukraynadakı, Mərkəzi Asiya və Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər. Trend TASS-a istinadən xəbər verir ki, müzakirələr Tehranda Rusiya xarici işlər nazirinin müavini Qriqoriy Karasin və onun iranlı həmkarı İbrahim Rəhimpur arasında baş tutub.

RF XİN-in mətbuat xidmətindən bildiriblər ki, danışıqlarda Rusiya-İran münasibətləri və regional problemlər danışıqlar mövzusu olub: "Tərəflər Xəzər problemi, Ukraynadakı vəziyyət, Mərkəzi Asiya və Cənubi Qafqazdakı məsələlər üzrə müzakirələr aparıblar".

Nazir müavinləri 2015-2018-ci illərdə XİN-lər arası əməkdaşlıq protokoluna uyğun olaraq, fikir mübadiləsinin müntəzəm aparılması barədə razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti