Bakı. Elçin Hüseynov - Trend:
Rusiya Prezidenti Vladimir Putin Krımın Tuzla adasına səfər edib.
Trend RİA Novosti-yə istinadən xəbər verir ki, dövlət başçısı Kerç boğazından nəqliyyat keçidinin tikinti meydançasına baş çəkib.
Səfərin əvvəlində V.Putin adaya və tikinti meydançasına vertolyot vasitəsilə baxış keçirib.
Səfər planına əsasən, Rusiya Prezidenti Krımda regionun inkişaf məsələlərinə dair iclas keçirəcək.