Bakı. Trend:
Qazaxıstanda parlament seçkilərində səsvermə başa çatıb.
Trend-in məlumatında görə, səsvermə yerli vaxtla saat 07:00-dan 20:00-dək keçirilib.
Ölkədə 9840 seçki məntəqəsi fəaliyyət göstərib. Seçici siyahılarına 9 milyon 791 min nəfərin adı daxil olunub.
Aşağı palatada 98 yer (partiya siyahıları üzrə) uğrunda 6 siyasi partiya mübarizə aparır.