...

Şimali Koreyadan ABŞ-a "nüvə zərbəsi" təhdidi

Dünya xəbərləri Materials 28 Mart 2016 18:42 (UTC +04:00)
Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ-ın "ədavətli fəaliyyəti"nə cavab olaraq öz ordusunu preventiv nüvə zərbəsi endirməyə hazırlıq səviyyəsinə keçirib.
Şimali Koreyadan ABŞ-a "nüvə zərbəsi" təhdidi

Bakı. Elçin Hüseynov - Trend:

Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ-ın "ədavətli fəaliyyəti"nə cavab olaraq öz ordusunu preventiv nüvə zərbəsi endirməyə hazırlıq səviyyəsinə keçirib. Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə KXDR-nin xarici işlər naziri Li Su Yon deyib.

O bildirib ki, hazırda Şimali Koreya "bir dilemma qarşısındadır - istilik-nüvə silahı, yoxsa sülh".

L.S.Yon deyib ki, KXDR ordusunu gücləndirəcək: "ABŞ-ın düşüncəsiz hərəkətlərinə cavab olaraq biz nüvə gücümüzü möhkəmləndirəcəyik". Bu prosesin sürəti isə Vaşinqtonun Pxenyana münasibətindən asılı olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti