...

"Bild": İŞİD Avropa kurortlarında terror aktlarını planlaşdırır

Dünya xəbərləri Materials 19 Aprel 2016 13:41 (UTC +04:00)
İŞİD terror təşkilatı Avropa kurortlarında hücümların təşkilini planlaşdırır.
"Bild": İŞİD Avropa kurortlarında terror aktlarını planlaşdırır

Bakı. Elçin Hüseynov - Trend:

İŞİD terror təşkilatı Avropa kurortlarında hücümların təşkilini planlaşdırır.

Bu barədə Trend Almaniyanın "Bild" qəzetinə istinadən xəbər verir.

"Bild" Almaniyanın və İtaliyanın xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən bu barədə xəbər verib.

Məlumata əsasən, ekstremistlər hücümları satıçılar adı ilə çimərlikləri gəzərək partlayıcı qurğuları çimərlik çarpayılarının altına quraşdırmaq fikrindədir.

Ehtimal ölkələr kimi İtaliya, Fransa və İspaniyanın adı çəkilir.

Almaniyanın xüsusi xidmət orqanları bu məlumata rəsmi mövqe hələlik bildirməyib.

Xatırladaq ki, bundan əvvəl "Reyters" agentliyinin yaydığı məlumatda bildirilirdi ki, İŞİD London, Roma və Berlində terror aktları təşkil edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti