Bakı. Trend:
Fransa Həmkarlar İttifaqları futbol üzrə Avropa çempionatının keçirilməsinə baxmayaraq, ölkə üzrə tətilləri davam etdirir.
Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, etiraz aksiyalarına Eyfel qülləsinin işçiləri də qoşulub.
Nəticədə Parisin əsas turizm məkanı olan Eyfel qülləsi ziyarət üçün bütün gün bağlı olacaq.