Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin müdafiə naziri Fikri İşıkın köməkçisi polkovnik Tevfik Gök ölkədən qaçıb. Trend-in NTV telakanalına istinadən verdiyi məlumata görə, bunu F.İşık deyib.
Onun sözlərinə görə, köməkçisi Fəthullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində dindirildikdən sonra Türkiyədən qaçıb.
Qey edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.