...

Spiker: İran Həmədan bazası ilə bağlı Rusiyaya qadağa qoymayıb

Dünya xəbərləri Materials 23 Avqust 2016 13:05 (UTC +04:00)
İran Həmədan bazasından Rusiyanın təyyarələrinə Suriyaya uçuşları həyata keçirmək üçün qadağa qoymayıb.
Spiker: İran Həmədan bazası ilə bağlı Rusiyaya qadağa qoymayıb

Bakı. Elçin Hüseynov - Trend:

İran Həmədan bazasından Rusiyanın təyyarələrinə Suriyaya uçuşları həyata keçirmək üçün qadağa qoymayıb. Trend "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran parlamentinin sədri Əli Laricani bildirib.

Spiker bildirib ki, İran aviabazanı Rusiyanın ixtiyarına verməyib: "Baza yalnız təyyarələrin yanacaq doldurulması üçün istifadə olunur".

Daha əvvəl İran rəsmiləri dəfələrlə bildiriblər ki, Həmədan bazası Rusiya qırıcıları tərəfindən yalnız yanacaqla təmin edilmə məqsədi ilə istifadə olunur.

Ə.Laricani qeyd edib ki, İran Rusiya ilə Suriyada terrorizmlə mübarizə kampaniyası çərçivəsində əməkdaşlıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti