Bakı. Trend:
Türkiyə hakimiyyəti istefaya çıxmış hakimlərə və prokurorlara, 673 saylı qanun əsasında vəzifələrinə qayıtmağa icazə verdi.
Trend-in Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, rəsmi qəzet onu da bildirir ki, Türkiyə hakimiyyəti hərbi çevrilişə cəhdindən sonra təxminən 8 min təhlükəsizlik xidməti əməkdaşlarının vəzifələrindən kənarlaşdırılıb.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.