...

Ermənistanda məktəblilər tətil elan etdilər (FOTO/VİDEO)

Dünya xəbərləri Materials 29 Sentyabr 2016 15:15 (UTC +04:00)
Ermənistanın Vardenis şəhərinin məktəbliləri tətil elan ediblər.
Ermənistanda məktəblilər tətil elan etdilər (FOTO/VİDEO)

Bakı. Trend:

Ermənistanın Vardenis şəhərinin məktəbliləri tətil elan ediblər.

Trend ARB TV-yə istinadən xəbər verir ki, şagirdlər qəza vəziyyətində olan binada təhsil almaq istəmədiklərini bildiriblər. Onların fikrincə, binaya daxil olmaq həyat üçün təhlükəlidir.

Hadisə yerinə gələn rəsmi nümayəndələr şagirdləri binaya qaytarmağa və qarışıqlığa son qoymağa çalışıblar, lakin onlara qulaq asan olmayıb.

Vardenisdə yeni məktəbin tikintisi üçün hələ 2011-ci ildə hökumət təxminən 1 milyon dollar vəsait ayırıb. Lakin həmin pullar mənimsənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti