...

Alimlər: 2016-cı il tarixdə ən isti il kimi qeydə alınıb

Dünya xəbərləri Materials 15 Noyabr 2016 06:18 (UTC +04:00)
Cari il meteomüşahidə tarixində ən isti il olaraq rekorda imza ata bilər
Alimlər: 2016-cı il tarixdə ən isti il kimi qeydə alınıb

Bakı. Trend:

Cari il meteomüşahidə tarixində ən isti il olaraq rekorda imza ata bilər.

Trend Sputnik-a istinadən xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatının (WMO) baş katibi Petteri Taalas bildirib ki, 2016-cı ilin yayının o qədər də isti keçməməsinə baxmayaraq, qış vaxtından əvvəl gəlib. Bu ilin orta statistik qlobal temperaturu sənayeyəqədərki dövrdə və sənaye dövründə müşahidə edilmiş ümumi orta istilik göstəricilərindən 1,2 dərəcə Selsi yüksək olub.

Alimlər bir neçə onilliyin statistik göstəricilərini analiz edərək o nəticəyə gəliblər ki, hava fenomeni olan El-Ninonun və bizim planetin temperaturunun yüksəlməsinin başlıca səbəbi havaya buraxılmış parnik qazlarıdır.

Ekspertlərin fikrincə, təbii fəlakətlərin tez-tez baş verməsi və güclü olmasının səbəbi iqlim dəyişikliyidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti