...

Suriyada Rusiya qırıcılarından İLK

Dünya xəbərləri Materials 29 Dekabr 2016 17:17 (UTC +04:00)
Rusiya Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Suriyanın Əl-Bab bölgəsinin cənubunda yerləşən İŞİD mövqelərini atəşə tutub.
Suriyada Rusiya qırıcılarından İLK

Bakı. Trend:

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Suriyanın Əl-Bab bölgəsinin cənubunda yerləşən İŞİD mövqelərini atəşə tutub.

Trend-in "Haber 7" qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələri tərəfindən aparılan "Fərat qalxanı" əməliyyatının 128-ci günündə Rusiya qırıcıları ilk dəfə Əl-Babda İŞİD mövqelərini bombardman edib.

Hərbi mənbələr isə Rusiya qırıcılarının Azad Suriya Ordusu və Türkiyə Silahlı Qüvvələrinin əməliyyat apardığı Əl-Babın mərkəzindəki İŞİD silahlılarını deyil, Əl-Babın cənubundakı terror təşkilatına aid bölgələri hədəfə aldığını bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti