Türkiyədə partlayış: 9 yaralı

Bakı. Trend:
Türkiyənin Çankırı əyalətində fişəng istehsal edən fabrikdə partlayış baş verib.
Trend-in "Habertürk"ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 9 nəfər xəstəxanaya yerləşdirilib.
Polis partlayışın səbəblərini araşdırır.