...

Səudiyyə Ərəbistanında partlayış

Dünya xəbərləri Materials 21 Yanvar 2017 13:55 (UTC +04:00)
Səudiyyə Ərəbistanının qərbində Ciddə şəhərində iki terrorçu saxlanılan zaman özlərini partladıblar.
Səudiyyə Ərəbistanında partlayış

Bakı. Trend:

Səudiyyə Ərəbistanının qərbində Ciddə şəhərində iki terrorçu saxlanılan zaman özlərini partladıblar.

Trend "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə hüquq mühafizə orqanlarının keçirdiyi reyd zamanı baş verib.

Polis terrorçuları saxlamağa cəhd göstərərkən onlar partlayıcı bağlanmış kəməri işə salıblar. Partlayışda iki terrorçu ölüb. Digər şəxslər arasında ölən və yaralananların olmadığı xəbər verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti