Bakı. Trend:
Türkiyə Ordusunun Suriyanın şimalında İŞİD terror qruplaşmasına qarşı keçirdiyi "Fərat Qalxanı" əməliyyatı çərçivəsində 1 türk əsgəri şəhid olub.
Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, Türk hərbçiləri və İŞİD arasında toqquşmalar Əl-Quz yaşayış sahəsində baş verib.
Qeyd edək ki, “Fərat qalxanı” əməliyyatı ötən ilin avqust ayından aparılır.