...

Rusiya Gürcüstanla viza rejimini ləğv edə bilər

Dünya xəbərləri Materials 8 Fevral 2017 16:21 (UTC +04:00)
Rəsmi Moskva Gürcüstanla gələcəkdə viza rejiminin daha da sadələşdirilməsi və ya ləğv olunması məsələsini istisna etmir.
Rusiya Gürcüstanla  viza rejimini ləğv edə bilər

Bakı. Trend:

Rəsmi Moskva Gürcüstanla gələcəkdə viza rejiminin daha da sadələşdirilməsi və ya ləğv olunması məsələsini istisna etmir.

Trend bu barədə Rusiya Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.

Qeyd olunub ki, ötən gün Praqada Rusiya baş nazirinin müavini Qriqori Karasinlə Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze arasında baş tutan görüşdə bu məsələyə də toxunulub.

Rusiya XİN-in məlumatında deyilir ki, 2015-ci ilin sonunda Gürcüstanla viza rejiminin sadələşdirilməsindən sonra bu ölkədən Rusiyaya viza alanların sayı iki dəfə arataraq 40 min nəfərə çatıb.

Xəbər lenti

Xəbər lenti