...

Sabiq Koreya Prezidenti bu gün həbs edilə bilər

Dünya xəbərləri Materials 30 Mart 2017 09:57 (UTC +04:00)
Cənubi Koreyada növbədənkənar prezident seçkiləri mayın 9-da keçiriləcək.
Sabiq Koreya Prezidenti bu gün həbs edilə bilər

Bakı. Trend:

Koreya Respublikasının sabiq Prezidenti Pak Kın Henin həbsinə order verilməsi barədə dairə məhkəməsinin qərarı bu gün axmam və ya sabah səhər saatlarında verilə bilər.

Trend-in məlumatına görə, keçmiş dövlət başçısı bu gün məhkəmə binasına gəlib, lakin jurnalistlərə heç bir açıqlama verməyib.

Xatırladaq ki, P.K.He 13 cinayət işində, o cümlədən korrupsiyada təqsirləndirilir.

Qeyd edək ki, Cənubi Koreyada növbədənkənar prezident seçkiləri mayın 9-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti