...

London polisi terrorizmə qarşı yürüşün 14 iştirakçısını saxlayıb

Dünya xəbərləri Materials 2 Aprel 2017 02:15 (UTC +04:00)
London polisi "terrorizmə qarşı marş" zamanı ultra sağçı qrupların və antifaşistlərin nümayəndələri arasında toqquşma nəticəsində 14 nəfəri saxlayıb
London polisi terrorizmə qarşı yürüşün 14 iştirakçısını saxlayıb

Bakı. Trend:

London polisi "terrorizmə qarşı marş" zamanı ultra sağçı qrupların və antifaşistlərin nümayəndələri arasında toqquşmanın 14 nəfər iştirakçısını saxlayıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu haqda The Times qazeti xəbər verib.

Məlumata görə, "ingiltərə müdafiə liqası" və "Hamıdan əvvəl Britaniya" qruplarının təxminən 300 nəfər iştirakçısı Trafalqar meydanından yürüşə başlayıblar və antifaşist qrupların fəalları ilə üz-üzə gəliblər.

Polis səyləri nəticəsində iri toqquşmaların qarşısını almaq mümkün olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti