...

Detroytda hakim "Volkswagen"i 2,8 milyard dollar cərimə edib

Dünya xəbərləri Materials 21 Aprel 2017 22:21 (UTC +04:00)
ABŞ-ın Detroyt şəhərində (Miçiqan ştatı) federal hakim "Volkswagen" avtomobil şirkətini 2,8 milyard dollar cərimə edib
Detroytda hakim "Volkswagen"i 2,8 milyard dollar cərimə edib

Bakı. Trend:

ABŞ-ın Detroyt şəhərində (Miçiqan ştatı) federal hakim "Volkswagen" avtomobil şirkətini 2,8 milyard dollar cərimə edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, cərimənin səbəbi avtomobillərdə ABŞ-ın sərt ekoloji normalarını yan keçməyə imkan verən proqram təminatı olub.

Məlumatda deyilir ki, avtomobil şirkəti 2,8 milyardlıq cərimədən başqa, "dizel qalmaqalı" nəticəsində zərər çəkmiş avtomobil sahiblərinə 11 milyard dollar məbləğində kompensasiya ödəməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti