...

Mineralnıye Vodıda TƏHLÜKƏ: Sakinlər təxliyə edilir

Dünya xəbərləri Materials 25 May 2017 10:53 (UTC +04:00)
Rusiyanın Mineralnıye Vodı şəhərinin sakinləri təxliyə edilir.
Mineralnıye Vodıda TƏHLÜKƏ: Sakinlər təxliyə edilir

Bakı. Trend:

Rusiyanın Mineralnıye Vodı şəhərinin sakinləri təxliyə edilir.

Trend-in məlumatına görə, buna səbəb Kuma çayında suyun səviyyəsinin qalxmasıdır.

Daha gərgin vəziyyət Levokumka və Pervomayski qəsəbələrində qeydə alınır. Burada suyun səviyyəsi müvafiq olaraq 6 və 5.8 m təşkil edir.

Hazırda sakinlərin təxliyəsi üçün iki xilasetmə bölməsi işləyir.

Bu gün səhər saatlarından 1157 insanın təxliyə olunduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti