Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın iqamətgahı, eləcə də müxalif Cumhuriyyət Xalq Partiyasının (CHP) qərargah mənzili qarşısında naməlum şəxs atəş açıb.
Trend-in məlumatına görə, xəsarət alan olmayıb. İnsidentlə bağlı cinayət işi açılıb, fakt araşdırılır.